Aubameyang kapitanlıqdan məhrum edilib .

 London komandasının verdiyi açıqlamada səbəb kimi 32 yaşlı ulduzun intizamsız davranışları göstərilib. 

 Qabonlu futbolçu Premyer Liqanın 17-ci həftəsində dekabrın 15-i çərşənbə günü keçiriləcək "West Ham United" matçı üçün heyətdən kənarlaşdırılıb. 

 Aubameyang bu mövsüm "Arsenal"ın heyətində 15 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.