Edvard Nketiah mövsümün sonunda “Arsenal”dan ayrılacaq. 

 22 yaşlı hücumçu İngiltərə klubu ilə müqaviləni uzatmaqdan imtina edib. 

 Onun növbəti dəfə yeni anlaşmadan boyun qaçırması oyun praktikasının yoxluğu ilə bağlıdır. O, cari mövsümdə cəmi 2 matça çıxıb. 

 Yalnız Liqa kubokunda oynayan Nketia mövsümün sonunda klubunu dəyişməyə qərar verib. Onun anlaşması 2022-ci il iyunun 30-da başa çatacaq.