İspaniya Liqasının yayım hüququ 4,95 milyard avroya Movistar və DAZN-ə satılıb. Yayımçılarla 5 illik razılaşma əldə olunub. 

Dünyanın aparıcı liqalarından olan İspaniyada yayım üçün tender başa çatıb. İspaniya Liqasının rəhbərliyi Movistar və DAZN ilə 5 il müddətinə 4,95 milyard avroya canlı yayım üçün razılığa gəlib. 

 Telefonica 2018-ci ildə üç il müddətinə 2,940 milyon avroya əvvəlki tenderi qazanmışdı.

 Yayım hüquqları, televiziya və internet (OTT) ikiyə bölündü. Matçlar iki yayımçı arasında bölünəcək və Movistar və Daz, Movistarın bütün matçları yayımlayacağı üç həftə istisna olmaqla, hər həftə beş matç yayımlayacaq. 

 Matçların ictimai yerlərdə yayımlanması yeni başa çatan tenderə daxil edilməyib. 

Mövzu üzrə tender üçün təkliflər 2022-ci ilin fevral və mart aylarında təqdim edilə bilər. Maraqlıdır ki, tender ötən cümə günü 50 il müddətinə 10 illik opsiya ilə La Liqanın yayım hüquqlarının 8,2 faizinin CVC Capital Partners şirkətinə verilməsindən dərhal sonra elan edilib. 

 "LaLiga Rising" müqaviləsi olaraq elan edilən yeni əməkdaşlığa görə, CVC, Real Madrid və Barselona kimi dörd komanda tərəfindən bəyənilməyən müqavilə çərçivəsində klublara 1,999 milyard Avro transfer edəcək. Bunun müqabilində yeni şirkət La Liqanın yayım hüquqlarından və sponsorluqlarından pay alacaq.

 LaLiga və CVC rəsmiləri məqsədlərinin izləmək üçün ödənişli abunəçilərin sayını artırmaq olduğunu desələr də, LaLiga tərəfindən açıqlanan məlumatlara görə, abunəçilərin sayı 2916-17-də 4 milyondan 2020-21-ci illərdə 2,5 milyona qədər azalıb. CVC hesab edir ki, bu rəqəm yenidən 4,4 milyona çatdırıla bilər. 

 La Liqa, Avropanın beş böyük liqasında əvvəlki razılaşma ilə müqayisədə yeni tender rəqəmini artıran ilk liqa oldu. Almaniya, İtaliya və Fransanın liqaları azalarkən; İngiltərə liqası üç mövsümdür yayım gəlirlərini eyni saxlayıb.