Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) top 5 Avropa çempionatında 23 yaşadək ən bahalı futbolçuların siyahısını dərc edib. 

 Siyahıya 150 milyon avro dəyərində qiymətləndirilən Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland, eyni dəyərə malik "Real"dan Vinisius Junior və "Mançester Siti"dən Filip Foden başçılıq edir. Sonrakı yerdə “Mançester Yunayted”in iki futbolçusu Meyson Qrinvud və Ceydon Sanço gəlir – müvafiq olaraq 140 milyon avro və 130 milyon avro. 

 Siyahıdakı əsas sensasiyalardan biri PSJ-nin hücumçusu Kilian Mbappenin (80 milyon avro) təkcə yuxarıda adı çəkilən oyunçulardan deyil, həm də Ferran Torresin ("Mançester Siti", 120 milyon avro) və Joao Feliksdən ("Atletiko", 100 milyon) geri qalmasıdır. Beləliklə, fransalı hücumçu Mussa Diabi ("Bayer" Leverkuzen), Yeremi Pino ("Vilyarreal") ilə birgə 8-10-cu pillələri bölüşdürür.