İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessi irqçiliyə məruz qalıb.

 "Calciomercato" nəşri xəbər verir ki, hadisə A Seriyasında XI turun "Roma" ilə səfər oyununa təsadüf edib.

Yerli fanatlar İbrahimoviçi qaraçı adlandırıblar. Tərəfdarlar Kessinin Nikolo Zanoloya qarşı kobudluq etməsindən sonra meymun səsi çıxarıblar.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Rossonerilər"in qollarını Kessi və İbrahimoviç vurub.