İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb.

 London təmsilçisinin rəsmi saytı xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Onu italiyalı Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Nunu Eşpiritu Santu iyulun 30-da baş məşqçi təyin olunub. Portuqaliyalı baş məşqçinin müqaviləsi 2023-cü ildə başa çatmalı idi. "Tottenhem" Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb.