“Barcelona”nın qapıçısı Mark-Andre Ter-Şteqenin “Newcastle”a keçidi baş tutmayacaq.

Almaniyalı qolkiper İngiltərə klubunun təklifini rədd edib.
O, Premyer Liqa təmsilçisinin şərtlərini nəzərdən keçirməyə belə lüzum görməyib. Klubda təşkilati işlərin durumundan narazı qalan Mark-Andre ingiltərəlilərə düşünmədən cavab verib.
Qeyd edək ki, “Nyukasl” Ter-Şteqenə görə “Barcelona”ya 55 milyon avro verməyə hazır idi.