Niderlandın “Ayaks” klubunun baş məşqçisi Erik Ten Haq “Mançester Yunayted”i çalışdırmağa əsas namizədlər siyahısında yer alıb.

51 yaşlı mütəxəssis artıq İngiltərə təmsilçisinin nümayəndələri ilə görüşüb.

O, klubun inkişaf planı ilə bağlı öz baxışını təqdim edib. Ten Haq komandada nələri dəyişməyi düşündüyünü də bildirib.

Qeyd edək ki, niderlandlı çalışdırıcı 2017-ci ildən “Ayaks”a rəhbərlik edir.