İngiltərənin "Aston Villa" komandasının yeni baş məşqçisi Stiven Cerrard futbolçulara ketçup yeməyi qadağan edib.

Bu barədə 41 yaşlı mütəxəssisin özü "Daily Express" nəşrinə açıqlama verib.

O bildirib ki, hələ menyunu görməmişdən əvvəl belə bir qərar qəbul edib: "Futbolçularda düzgün mentalitet olmalı, onlar sağlam qidalanmalıdırlar".

Qeyd edək ki, Stiven Cerrard "Aston Villa" ilə 2024-cü ilin iyununadək müqavilə imzalayıb.