Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasına qarşı deyil.

"Manchester Evening News"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisinin bu ideyasını dəstəkləyib.

Təcrübəli forvard fransalı mütəxəssisin komandaya xeyir verə biləcəyinə inanır.

Qeyd edək ki, Zinəddin Zidan "Manchester United"in hazırkı baş məşqçisi Ule-Qunnar Sulşeri əvəzləməyə əsas namizəd hesab olunur. Ronaldu 49 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya "Real Madrid"ində çıxış edib.