Portuqaliya millisinin və İngiltərənin "Manchester United" klubunun futbolçusu Kriştiano Ronaldo "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

Bu barədə portuqaliyalı jurnalist Pedru Sepulveda özünün twitter səhifəsində paylaşım edib.

36 yaşlı hücumçunun hansı səbəbdən belə qərar qəbul etdiyi bəlli deyil.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Ronaldunun özü də mükafata iddialı 30 namizəddən biridir.