"Manchester United"in ulduz futbolçusu Kriştianu Ronaldu Ule Qunar Sulşerin baş məşqçi postundan göndərilməsinə münasibət bildirib.

36 yaşlı hücumçu fikirlərini sosial şəbəkə səhifələrində yazıb:

"Mən "Old Trafford"a ilk gələndə o, hücumçu idi. "Mançester Yunated"ə qayıtdığımda isə məşqçim oldu. Ule görkəmli insandır. Ona ən yaxşısını arzulayıram. Uğurlar dostum! Sən buna layiqsən!"