Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə yeni hədiyyə alıb.

Ulduz hücumçu əkiz uşaq gözləyən xanımına yeni “Bentli” ( Bentley Flying Spur) avtomobili bağışlayıb.

Corcina bu hədiyyənin şəklini öz instaqram səhifəsində paylaşıb. O, ağ kürk ilə avtomobilin önündə şəkil çəkdirib. Rodrigesin əlində timsah dərisindən çanta da var. 

Qeyd edək ki, 5 ilə yaxındır bir yerdə olan cütlüyün qızı Alana üç yaşındadır. Ronaldonun 11 yaşlı Kriştiano-Junior, 4 yaşlı əkizlər Yeva və Mateo adlı uşaqları da var.