“Real”ın transfer siyahısında yer alan müdafiəçilərdən birinin adı bəlli olub.

İspaniya nəhəngi Pedro Porronun xidmətində maraqlıdır.

Madridlilər “Mançester Siti”nin Portuqaliya “Sportinq”inə icarəyə verdiyi 22 yaşlı ispaniyalını qışda heyətinə qatmaq istəyir. Lissabonlular icarə müddətinin ardından futbolçunu almaq hüququna malikdir. Onun qiyməti isə klubun avrokuboklardakı çıxışından asılıdır.

Qeyd edək ki, Pedro cari mövsüm 15 oyunda meydana çıxıb. Onun hesabında 2 qol və 2 assist var.