“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba bu il yaşıl meydanlardan kənar qalacaq.

Buna səbəb fransalı futbolçunun millinin məşqi zamanı sağ budundan zədələnməsidir.

Həkimlər onun ən azı 6 həftə kollektivdən uzaq qalacağını açıqlayıb. 28 yaşlı orta sahə oyunçusu Fransa və ya İngiltərədə reabilitasiya keçməyəcək. O, fərdi məşqçisi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.

Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinən Pol Poqba cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, 7 məhsuldar ötürmə verib.