İngiltərənin “Nyukasl” klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

Premyer Liqa təmsilçisi Lorenso İnsinyenin xidmətində maraqlıdır.

Nyukasllılar hücumçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi onun İtaliya “Napoli”si ilə müqaviləsinin başa çatmasını gözləyir. Yayda anlaşması bitəcək İnsinye yeni mövsümə Premyer Liqada başlaması mümkündür.

Qeyd edək ki, Neapol təmsilçisi Lorensonu heyətində saxlamaqda maraqlı olsa da, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə edə bilmir.