İngiltərə Premyer Liqası teleyayımla bağlı yeni müqavilə imzalayıb.
Britaniyalılar ABŞ-ın “NBC Universal” şirkəti ilə 6 illik anlaşıb.
Müqavilə 2022/23 mövsümündən 2027/28 mövsümünədək olan dövrü əhatə edəcək. Anlaşmanın ümumi dəyəri 2 milyard funt sterlinqdir.
Premyer Liqa ilə NBC arasında əvvəlki müqavilə 2015-ci ildə imzalanıb. Həmin anlaşma 740 milyon funt sterlinq təşkil edib.
Qeyd edək ki, Premyer Liqa bu ilin mayında İngiltərə yayımçıları ilə 2025-ci ilədək 5,1 milyard funt sterlinqlik müqavilə imzalayıb.
0 Comments