İngiltərə millisinin futbolçusu Meyson Mauntun gələcək karyerası ilə bağlı planları bəlli olub.

Yarımmüdafiəçi şərəfini qoruduğu “Çelsi”də qalmağa üstünlük verib.

İngiltərəli ulduz İspaniya “Real”ının hədəfindədir. Lakin Meyson London klubundan ayrılmaq fikrindən uzaqdır.

Qeyd edək ki, Maunt cari mövsümün 15 matçında 3 qol vurub.