PSJ-nin hücumçusu Lionel Messi “Barcelona”ya qayıtmayacaq.

Argentinalı superulduz Kataloniya klubuna dönmək fikrində deyil.

La Liqa təmsilçisinin prezidenti Joan Laporta bir müddət əvvəl 35 yaşlı oyunçunun geri dönəcəyini istisna etməmişdi. Ancaq Leo bütün diqqətini PSG ilə Çempionlar Liqasını qazanmağa və gələnilki dünya çempionatında uğurlu çıxış etməyə yönəldib. Bu səbəbdən o, PSG-də qalmağı planlaşdırır.

Qeyd edək ki, Lionel Messi bu mövsüm Liqa1-də keçirdiyi 6 oyunda 1 qol vurub.