İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ule Qunnar Sulşerə əvəzedici tapıb.

Bu, hazırda "Lester"in sükanı arxasında olan Brendan Rocersdir. "Qırmızı şeytanlar" 48 yaşlı mütəxəssislə razılığa gələcəklərinə əmindirlər.

Şimali irlandiyalı baş məşqçinin hazırkı müqaviləsinə əsasən, "Lester" Avropanın top-klubundan təklif gələcəyi təqdirdə, onu buraxmalıdır. Rocers "tülkülər"ə 2019-cu ildən rəhbərlik edir. Əvvəllər o, İngiltərənin "Redinq", "Çelsi"nin U-18 və U-23 komandaları, "Uotford", "Liverpul", Uelsin "Suonsi" və Şotlandiyanın "Seltik" klublarında çalışıb.

"Mançester Yunayted"ə isə 2018-ci ildən Ule Qunnar Sulşer rəhbərlik edir. 48 yaşlı norveçli baş məşqçi 1996 - 2007-ci illərdə "qırmızı şeytanlar"ın oyunçusu olub.