İngiltərənin “Liverpool” klubu Fransa millisinin futbolçusu Kilian Mbappenin transferi cəlbedici təklif göndərəcək.

Premyer Liqa təmsilçisi yayda azad agent statusu alacaq forvardı yüksək maaş vədi ilə sıralarına qatmaqda maraqlıdır.

Mbappe dəfələrlə “Real”a keçəcəyini açıqlasa da, mersisaydlılar onu fikrindən daşındırmağa cəhd etməyi lazım bilib. “Liverpool” Kiliana illik 30 milyon avro maaş verməyə hazırdır.

Bu, “Real”ın son təklifindən daha yüksəkdir. Lakin İspaniya nəhəngi hücumçunu artıq qışda transfer etməyi də planlaşdırır. Madridlilər bunun üçün PSG-nin qiymətdə güzəştə gedəcəyinə ümid edir. “Liverpool” isə keçid üçün pul ödəmək fikrində deyil. Britaniyalılar ulduz hücumçunu yalnız yayda azad agent kimi əldə etməyi planlaşdırır.