"Barselona"da qalmaq üçün əlimdən gələni etdim. Heç kim məndən pulsuz oynamağımı istəməyib. Klub prezidentinin dediyi sözlər yersizdir".

 "Sport.es" nəşri xəbər verir ki, bu fikirləri Fransanın PSJ klubunun futbolçusu Lionel Messi deyib.

34 yaşlı hücumçu bildirib ki, Kataloniya təmsilçisi onun maaşını 50 faiz azaltmaq istəyib: "Kluba kömək etməyə hazır idim və bunu da etdim. PSJ ilə müqaviləmin nə vaxt bitəcəyini bilmirəm, amma biz Barselonaya qayıdıb orada yaşayacağıq. Ailəmin istədiyi budur".

Qeyd edək ki, Lionel Messi "Barselona"dan avqustun 5-də ayrılıb. O, Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb.