PSG-nin prezidenti Nasser əl-Xelaifi hücumçu Kilian Mbappenin durumu ilə bağlı verilən sualı cavablandırıb.


Klub rəhbəri Fransa millisinin üzvünü komandada saxlamaq istədiklərini növbəti dəfə dilə gətirib.
O, gənc forvardla danışıqlar aparıldığını da təsdiqləyib: “Kilian əla futbolçudur. O, həm özünün, həm də bizim nə istədiyimizi bilir. Yeni sözləşmə ilə bağlı danışıqlar davam edir”.
Qeyd edək ki, Kilian Mbappenin PSG ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.