İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved istintaqa cəlb olunub.

"La Gazzetta dello Sport" xəbər verir ki, hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.

Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departamentinin 3 əməkdaşı da istintaq altındadır. İstintaq son üç mövsümün maliyyə hesabatlarına aiddir.

Məsələ ilə bağlı "qoca sinyora"nın Turin və Milandakı ofislərində axtarışlar aparılır.