Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyada ilin ən yaxşı futbolçusunu açıqlayıb. “Bayern München”nin hücumçusu Robert Levandovski bu ada layiq görülüb.

Polşa millisinin üzvü ən yaxın izləyicisi Lionel Messini böyük fərqlə üstələyərək, ardıcıl ikinci dəfə ilin futbolçusu seçilib.

İlk “üçlüy”ü isə “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo qapayıb.

1. Robert Levandovski (Polşa / “Bavariya”) – 150 səs
2. Lionel Messi (Argentina / “Barselona”-PSJ) - 105
3. Jorjinyo (İtaliya / “Çelsi”) - 40
4. Kevin De Bruyne (Belçika / “Mançester Siti”) - 35
5. Məhəmməd Salah (Misir / “Liverpul”) - 20
Kilian Mbappe (Fransa / PSJ) - 20
7. Kriştiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”) - 15
8. Nqolo Kante (Fransa / “Çelsi”) - 10
Canluici Donnarumma (İtaliya / “Milan”-PSJ) - 10
10. Erlinq Haland (Norveç / “Borussiya”, Dortmund) - 5