Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya futbol tarixinin rəmzi komandasını açıqlayıb.

A komandasında 5-3-2 taktiki sxeminə yer verilib.

Qapıçı: Canluici Buffon

Müdafiəçilər: Franko Barezi, Paolo Maldini, Cüzeppe Berqomi, Qaetano Şirea, Caçinto Fakketti

Yarımmüdafiəçilər: Marko Tardelli, Sandro Matsola, Canni Rivera

Hücumçular: Cüzeppe Meatsa, Roberto Bacco.

Alessandro Nesta, Fabio Kannavaro, Andrea Pirlo B komandasına, Paolo Rossi C komandasına daxil edilib.

Alessandro Del Piero və Françesko Totti isə siyahıya daxil edilməyib.