Almaniya klubu “Herta”nın yeni baş məşqçisi müəyyənləşib.

Bundesliqa təmsilçisi komandanı türk Tayfun Korkuta həvalə edib.

Uğursuz çıxışın ardından Pal Dardai və köməkçiləri ilə yollarını ayıran Berlin klubu 47 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalandığını bəyan edib. Onun köməkçisi isə xorvatiyalı İlya Araçiç təyin olunub.


Qeyd edək ki, Tayfun Korkut məşqçi karyerasında Almaniyada “Hannover”, “Kayzerslautern”, “Bayer” və “Ştutqart”da işləyib. “Herta” isə 13 turda topladığı 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.