"Parma"nın qapıçısı Canluici Buffon növbəti dəfə penaltini dəf edib.

43 yaşlı qolkiper B seriyasının son turunda "Komo" ilə görüşdə fərqlənib. O, matçın 40-cı dəqiqəsində penaltini qaytarıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bununla da Buffon mövsüm ərzində 3-cü, karyerasında isə 38-ci penaltini dəf etməyi bacarıb. .