Braziliyanın TNT Sport telekanalı Fransanın PSG klubunun və Argentina millisinin futbolçusu Lionel Messi ilə zarafatlaşıb.

Telekanal iki ölkə yığmaları arasında qolsuz yekunlaşmış dünya çempionatının seçmə oyunundan sonra instaqramda foto paylaşıb. Vestern üslubunda fotoda 34 yaşlı forvardın təsviri əksini tapıb və üzərində "Axtarılır!" yazılıb.

Qeyd edək ki, Lionel Messi Braziliyaya qarşı matça start heyətində çıxıb və 90 dəqiqəni meydanda keçirib. Lakin o, məhsuldar ötürmə ilə yadda qalmayıb.

Braziliya 35 xalla qrup liderliyini və məğlubedilməzliyini qoruyub. Ardıcıl 3 oyunluq qələbə seriyasına son qoyan Argentina isə 29 xalla 2-ci pillədə yer alıb. Hər iki komanda dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.