İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.

"Sport.es" nəşri xəbər verir ki, fransalı hücumçu tədbirə qatılmaqdan imtina edib.

Daha əvvəl Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının forvardı Kriştianu Ronaldunun mərasimdə olmayacağı bildirilib.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Həm Benzema, həm də Ronaldu mükafata iddialı 30 namizəddən biridir.