“Bavariya” Almaniya millisinin futbolçusu Antonio Rudigerin agenti ilə danışıqlara başlayıb.

Münhen təmsilçisi “Chelsea”nin müdafiəçisinə ildə 12 milyon avro ödəməyə hazırdır.
Almaniya nəhənginin təklif etdiyi rəqəm Rudigerin London klubundakı qazancından iki dəfə çoxdur. Antonionun özü İngiltərə klubunda qalmağın tərəfdarıdır. Lakin bunun üçün “Chelsea” onun maaşını ciddi şəkildə artırmalıdır.
Qeyd edək ki, müqaviləsi yayda başa çatacaq müdafiəçi 2017-ci ildən “Chelsea”də çıxış edir.