“Barselona” “Çelsi”nin iki futbolçusuna elçi düşüb.

Bunlar Hakim Ziyeş və Timo Vernerdir.

Kataloniyalıların prioriteti “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq olsa da, onun transfer qiymətinin baha olması keçidin baş tutma ehtimalını azaldır. Bunu nəzərə alan ispanlar “Çelsi”nin ön xətt oyunçuları üçün qarşı tərəflə təmasa keçib. La Liqa təmsilçisi onları birdəfəlik transfer etmək şərtilə yanvarda icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Verner bu mövsüm 11 oyunda, Ziyeş isə 12 oyunda 3 qol vurub.

DAİLY MAİL