“Barcelona” “Manchester City”nin yarımmüdafiəçisi Ferran Torreslə prinsipial razılığa gəlib.

Kataloniya klubunun qış fasiləsində əsas transfer hədəfi Torresdir.

İspaniyalı hücumameyilli oyunçu La Liqa təmsilçisinə keçmək istədiyini bildirib. Hətta “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola da bu keçidə razıdır və Torresin qarşı tərəflə danışıq aparmasına icazə verib. “Barsa” indi transferi reallaşdırmaq üçün ingilislərlə ortaq məxrəcə gəlməlidir. Qeyri-stabil maliyyə durumu olan ispanlar 21 yaşlı oyunçunu almaq üçün bir neçə futbolçusunu satmalı olacaq.

Qeyd edək ki, Ferran Torres “Manchester City”yə ötən il 25 milyon avroya “Valencia”dan keçib.