“Barcelona” Edinson Kavaninin transferi planından imtina edib.

Buna baş məşqçi Xavinin qərarı səbəb olub.

Gənc mütəxəssis uruqvaylı hücumçunun keçidinə ehtiyac duymayıb. Klubun prezidenti Joan Laporta “Manchester United”in 34 yaşlı forvardının transferində maraqlı olsa da, Xavi onu fikrindən daşındırıb. Gənc mütəxəssis fikrini “Barselona”ya hücumçu lazım olduğunu, lakin daha gənc oyunçularla çalışmaq istəməsi ilə izah edib.

Qeyd edək ki, Edinson cari mövsümün 8 oyununda 1 qol vurub.