İsveçrənin "Basel" klubunun futbolçusu Artur Cabral İspaniya "Barcelona"sının maraq dairəsinə düşüb.

"Mundo Deportivo" xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçunun çıxışı ilə bağlı bir neçə hesabat alıb.

Braziliyalı forvardın namizədliyi klubun sabiq futbolçusu və hazırda skautu olan Deku təsdiqləyib.

Habelə bildirilir ki, "Barcelona" Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər. Lakin transfer kataloniyalılar hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda baş tutacaq.

Qeyd edək ki, "Bazel" "Qarabağ"la birlikdə UEFA Konfrans Liqasının H qrupunda mübarizə aparır. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Artur Cabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. O, təsnifat mərhələləri daxil olmaqla, cari mövsüm UEFA Konfrans Liqasında 10 qola imza atıb.