İngiltərənin "Chelsea" klubunun futbolçusu Timo Verner karyerasını İspaniyada davam etdirməyə yaxındır.

"Marca" xəbər verir ki, "Barcelona" 25 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır.

Kataloniya təmsilçisi qış transfer dönəmində almaniyalı oyunçunu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Timo Verner cari mövsüm "Chelsea"nin heyətində 10 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.