“Atletiko” ciddi itki ilə üzləşib.

 Yarımmüdafiəçi Joao Feliks sıradan çıxıb.

Portuqaliya millisinin üzvünə əzələ zədəsi diaqnozu qoyulub.  22 yaşlı futbolçu artıq fərdi proqram üzrə bərpa məşqlərinə başlayıb. Lakin onun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil. O, bu mövsüm 11 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Atletiko”nun hücumçusu Antuan Qrizmann cəza səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Milan”la keçiriləcək oyunu buraxacaq.