İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Premyer Liqa təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.
69 yaşlı italiyalının təyinatı yaxın müddətdə rəsmən açıqlanacaq. Onunla 2 illik müqavilə imzalanacaq.
Ranyeri əvvəllər də Premyer Liqada çalışıb. O, “Çelsi”, “Fulhem” və “Lester”ə rəhbərlik edib.
Qeyd edək ki, Ranyeri istefaya göndərilən Xiskonu əvəzləyəcək. İspaniyalı uğursuz nəticələr üzündən postundan kənarlaşdırılıb.
0 Comments