“Barcelona” “Əl-Sədd”in baş məşqçisi Xavi Ernandeslə razılığa gəlib.

Kataloniya klubunun sabiq kapitanı baş məşqçi postuna keçmək təklifini müsbət cavablandırıb.

Hazırda klublar arasında danışıqların son mərhələdə olduğu bildirilib. Qətər təmsilçisi də onu saxlaya bilməyəcəyini başa düşür. Çünki 41 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsi üçün tələb olunan təzminat haqqı 1 milyon avrodur.

Xavinin yaxın günlərdə “Əl-Sədd”dəki məşqçi heyəti ilə birlikdə Barselonaya yollanması gözlənilir. Bunlar qardaşı Oskar, köməkçisi Serxio Aleqre və fiziki hazırlıq üzrə məşqçi İvan Torresdir.

Qeyd edək ki, “Barcelona” La Liqanın XI turunda “Rayo Valyekano”ya 0:1 hesablı məğlubiyyətdən sonra Ronald Kumanı istefaya göndərib.