Umtiti italyanların maraq dairəsində

 “Barcelona”nın müdafiəçisi Samuel Umtiti İtaliyaya köçməyə yaxındır.

Fransa millisinin üzvü A seriyasının 2 klubunun maraq dairəsindədir.

Konkret olaraq “Yuventus” və “Milan” onu heyətinə cəlb etmək niyyətindədir. Adıçəkilən klublar 28 yaşlı mərkəz müdafiəçisinin durumunu izləyir. “Barselona”da əsas heyətə düşə bilməyən oyunçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi gözlənilir. Belə olarsa, “qoca sinyora” və “rossonyerlər” onunla təmasa keçəcək.

Qeyd edək ki, “Barcelona” ilə sözləşməsi 2023-cü ilin yayına qədər olan Umtiti cari mövsüm heç bir rəsmi oyunda iştirak etməyib.



Post a Comment

0 Comments