Stefan Kuntz göz yaşlarını saxlaya bilmədi - Video

 Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Latviyaya 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ağlayıb.

59 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Kunts görüşdən sonra mətbuat konfransında futbolçuların qələbəyə inandığını bildirib: "Qrupdakı qəriblərimiz də qələbə qazanıb. Bugünkü matç bizə çox şey öyrədə bilər. Təkcə Türkiyədəki insanların deyil, Almaniyadakı türkiyəli azarkeşlərin də qələbəni qeyd etdiyini öyrəndim. Komandam mübarizədən əl çəkmədi, bunun üçün çox xoşbəxtəm".

Baş məşqçi kollektivdə komanda ruhunun formalaşdığını söyləyib: "Hesabda geriyə düşəndən sonra bəzi dəyişikliklər etdik. Rəqibin qolundan sonra futbolçular ruhdan düşmədi. Bu da məni çox sevindirdi".

Qeyd edək ki, qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 15 xal toplayan komanda G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.

Post a Comment

0 Comments