Serxio Aquero Messiyə görə seçim etdiyini açıqladı

 “Barselona”nın hücumçusu Serxio Aquero yay fasiləsində bu kluba keçidini dəyərləndirib.

Argentinalı forvard Kataloniya təmsilçisinə yollandığı üçün peşmanlıq çəkmədiyini söyləyib.

Lakin 33 yaşlı oyunçu La Liqa klubuna həmyerlisi Lionel Messiyə görə keçdiyini də gizlətməyib: “Hansı futbolçu “Barselona”da oynamaq istəməz? “Barsa”nın zəif və ya güclü olmasından asılı olmayaraq, əksər futbolçular bu formanı geyinməyi arzulayar. Düzü, bura Messiyə görə, güclü kollektiv formalaşması ümidi ilə gəldim. Rəhbərlik də klubu gücləndirməyə çalışır. Hətta danışıq zamanı maaşı ön planda tutmadım. Messinin ayrılığını eşidəndə isə şoka düşdüm, inanmadım”.

Qeyd edək ki, Serxio Aquero “Barselona”ya “Mançester Siti”dən azad agent kimi keçib. Forvard zədə səbəbindən hələ rəsmi debüt etməyib.




Post a Comment

0 Comments