Sarri keçmiş yetirməsini istəyir

 “Latsio” qapı xəttini Kepa Arrisabalaqa ilə gücləndirmək istəyir.

İtaliya klubu “Çelsi”nin qolkiperinin transferində maraqlıdır.

Romalılar Tomas Strakoşanın mövsümün sonunda azad agent kimi ayrılması ehtimalını nəzərdən keçirir. A seriyası təmsilçisinin baş məşqçisi Mauritsio Sarri “Çelsi”də rəhbərliyi altında çıxış etmiş ispaniyalını yenidən sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.

“Latsio” onu qış fasiləsində icarəyə götürmək fikrindədir. Yeganə problem 27 yaşlı qolkiperin yüksək məbləğdə maaş almasıdır.

Qeyd edək ki, Kepa Arrisabalaqa bu mövsüm cəmi 1 matçda iştirak edib.




Post a Comment

0 Comments