“Liverpool” hücumçusu Məhəmməd Salahla hələ də yeni müqavilə bağlaya bilməyib.

Tərəflər arasında danışıq getsə də, ortaq məxrəcə gəlmək mümkün olmayıb.

“Qırmızılar” qış “transfer pəncərəsi” açılana qədər Misir millisinin üzvü ilə yeni sözləşmə barədə razılığa gəlmək istəyir. Həmçinin 29 yaşlı hücumçu özü də rəhbərliyə vaxt qoyub. Əgər yanvarın 1-nə qədər şərtləri qəbul edilməsə, Salah böyük ehtimalla yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpool”la anlaşması 2023-cü ilin yayına qədərdir.