Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) keçirilən "Vityaz" - "Avanqard" matçı kütləvi dava ilə başlayıb.

Start fitindən dərhal sonra xokkeyçilər bir-birinə yumruq zərbələri endiriblər. Hakimlər oyunçuları çətinliklə sakitləşdiriblər.

Nəticədə meydan sahiblərindən Boqdan Yakimov, Viktor Baldayev 5, Cey Si Lipon 5+2 dəqiqəlik meydandan kənarlaşdırılıb. Qonaqların heyətində isə Vladimir Bryukvin, Kirill Qotovets və Nikita Komarov cəzalandırılıblar.