İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldonun Portuqaliyadakı malikanəsində icazəsiz tennis kortu və əlavə binalar tikdirdiyi iddia olunur.

"Marca" -nın məlumatına görə, bu barədə Terraş-di-Boru meri Manuel Tibo açıqlama verib.

Mer bildirib ki, 36 yaşlı hücumçu onlara layihə təqdim edib, lakin icazə verilənlərdən əlavə obyektlər inşa olunub.

Ronaldo 2,7 milyon avro dəyərində qiymətləndirilən malikanəsində razılaşdırılmamış tikililəri sökməli olacaq.