Ronaldonun "Manchester United"dəki məvacibi bəlli olub

 Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun İngiltərənin "Manchester United" klubundakı məvacibi bəlli olub.

""Spotrac" xəbər verir ki, 36 yaşlı hücumçu Manchester təmsilçisində illik 25 milyon funt sterlinq qazanır.

Bu, ölkənin digər 3 klubu olan "Norviç", "Lids" və "Brentford"un ayrı-ayrılıqda oyunçularına ödədiyi illik vəsaitdən daha çoxdur. Bu komandalarda futbolçuların illik maaşı müvafiq olaraq, 24,2 milyon funt, 17,9 milyon funt və 12,8 milyon funt təşkil edir.

Qeyd edək ki, "Manchester United" İngiltərə Premyer Liqasında futbolçulara ən çox məvacib (226,6 milyon funt) ödəyən klubdur.





Post a Comment

0 Comments