"Real Madrid" Hazarla bağlı qərar verdi

 "Real Madrid" gələn yay Erlinq Holandla ( Erling Haaland) müqavilə bağlamaq üçün yarımmüdafiəçi Eden Hazarı (Eden Hazard) satmaq qərarına gəlib. 

"The Mirror" nəşri xəbər verir ki, futbolçunun aldığı zədələr ona tam gücünü ortaya qoymağa imkan vermir.

Holandı kluba cəlb etmək üçün isə vəsait lazım olacaq. Odur ki, "Kral klubu" ən geci gələn yay Eden Hazarı başqa kluba satmağı planlaşdırır.

Xatırladaq ki, Eden Hazarın "Real Madrid"lə hazırki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər qüvvədədir.





Post a Comment

0 Comments