Qətərin DÇ-2022-yə xərclədiyi məbləğ bəlli oldu

 Qətərin DÇ-2022-yə xərclədiyi vəsaitin məbləği bəlli olub.

Asiya ölkəsi mundial üçün təxminən 200 milyard dollar xərcləyib.

Bu məbləğ yeni stadionların, metro, hava limanlarının tikintisinə, həmçinin şəhər və limanın salınmasına lazım olub. Asiyalılar ən yaxşı dünya çempionatını təşkil etmək niyyətində olduğundan xərc belə böyük olub.

Qeyd edək ki, sayca 22-ci dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək 32 komandanın iştirakı ilə keçiriləcək.




Post a Comment

0 Comments