PSJ-nin baş məşqçisi MaurisioPoçettino komandanın hücumçusu Mauro İkardinin durumundan danışıb.

"Calciomercato" mütəxəssisin həyat yoldaşı Vanda Naradan ayrılmış hücumçu barədə söylədiklərini belə çatdırıb:

"İkardinin şəxsi problemləri var. Bu üzdən iki gündür ki, məşqlərə qatılmır. Sabah onu çağıracağıq. Düşdüyü durum ətrafında söhbətləşəcəyik. Yalnız bundan sonra bizə kömək edə bilib-bilməyəcəyini anlayacağıq".

Qeyd edək ki, İkardinin xanımı və agenti olan Nara oktyabrın 16-da "Instagram"da ərinin ona xəyanət etdiyini açıqlayıb. Ardından isə futbolçunun öz səhifəsindəki şəkillərini silib.